Modern.az

Regionlarda yaşayan gənc qızlar sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar

Regionlarda yaşayan gənc qızlar sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar

Aktual

17 Oktyabr 2019, 11:15

 “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Regionlarda yaşayan gənc qızların sahibkarlıq fəaliyyətinə cəlb olunması” layihəsinə start verib.

 

Modern.az xəbər verir ki, Layihə Göygöl, Daşkəsən və Şəmkir rayonlarının kəndlərində yaşayan gənc qızların biznes bacarıqlarının üzə çıxarılacağından, onların məşğulluğunun artırılması məqsədi ilə sahibkarlıq fəaliyyətlərinə dəstəkdən və onlara bacarıqlarına uyğun yaradılacaq bərabər imkanlardan bəhs edir. 

 

Layihənin məqsədi kənd yerlərində yaşayan qızların bacarıqlarının üzə   çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasıdır. Pilot layihə kimi həyata keçirilən bu layihə gələcəkdə digər rayonların qəsəbə və kəndlərində yaşayan qadın və qızların da bacarıqlarının üzə çıxarılması məqsədilə davam etdiriləcək. 

 

3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 60 qadına sosial sahibkarlıq, maliyyə savadlılığı və biznes planlarının hazırlanması sahəsində təlimlər keçiriləcək və ən uğurlu biznes planı hazırlayanlara bizneslərini daha da genişləndirmək üçün ehtiyacları olan məhsulların hədiyyə olunması nəzərdə tutulur. 

 

Qeyd edək ki, layihə Göygöl, Daşkəsən və Şəmkir rayonlarında həyata keçiriləcək. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi