Modern.az

Müəllimlərin sertifikasiyası gələn il aparılacaq - NAZİR

Müəllimlərin sertifikasiyası gələn il aparılacaq - NAZİR

17 Oktyabr 2019, 13:57

2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq.


Modern.az
xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.


Nazirin sözlərinə görə, “Təhsil haqqında” qanunda məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub:


"Sertifikasiya prosesinə başlanılması üçün hökumət tərəfindən sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsini, qiymətləndirilmənin aparılmasını və digər məsələləri özündə əks etdirən sənəd təsdiq edilməlidir. Yalnız bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir