Modern.az

6-cı dəfə “Qızıl Buts” alan Messi: “Evə girəndə ilk öncə sağ ayaqqabımı çıxardıram”

6-cı dəfə “Qızıl Buts” alan Messi: “Evə girəndə ilk öncə sağ ayaqqabımı çıxardıram”

Aktual

17 Oktyabr 2019, 14:56

Ötən gün 6-cı dəfə “Qızıl Buts” mükafatına layiq görülən “Barselona” klubunun kapitanı Lionel Messi “Fanatik”ə müsahibə verib.

 

Modern.az həmin müsahibəni təqdim edir:

 

  • - Türkiyə milli komandası haqqında nə deyə bilərsiz?
  • - Türkiyə keçmiş turnirlərə qatılan zaman önəmli nailiyyətlər əldə etdi. Onları çox izləməsəm də, coşqulu bir oyun oynadıqlarını bilirəm. Əgər Avro -2020 final mərhələsinə gedərlərsə, orada önəmli işlər görə bilərlər.

    - Ronaldo və İbrahimoviç özlərini tərifləyirlər. Siz isə bunu etmirsiniz?

  • - Özümü tərifləməyi deyil, insanların mənim haqda danışmalarını üstün tutaram. Mən özüm kiməm, nə etmişəm və nəyə qadir olduğumu yaxşı bilirəm. Lakin bütün bunları özümdə saxlayıram. Özüm haqda danışmağı xoşlamıram.
  • - Keçmişə baxdıqda nələr düşünürsünüz?
  • - Uzun illər peşəkar oyunçu kimi çıxış etdiyinizə görə, keçmişə baxmağa heç bir şansınız olmur. Ümumi götürəndə sən indiki vəziyyətinlə yaşayırsan. Nələr etdiyini deyil, nələr edə biləcəyin haqda fikirləşirsən. Təəssüflər olsun ki, futbolda sevinməyə çox vaxtımız olmur. Çünki hər 3 gündən bir qarşınıza yeni hədəflər çıxır. Ancaq bir gün karyeramı başa vuranda, keçmişdə baş verənləri yada salmağa vaxtım olacaq və bütün edilənlərlə qürur duyacam.
  • - “The Best - 2019” mükafatının qalibi oldunuz. Övladlarınız buna reaksiyası necə oldu? Sevindilər?
  • - Əlbəttə. Çox xoşbəxt idilər. Mərasim bir qədər uzun çəkdiyinə görə, onlar çox yorulmuşdular. Mənimlə hər zaman qürur duyduqlarını bildirdilər. Mükafat qazandığım zaman, mənimlə birgə səhnəyə çıxdıqlarına görə də çox sevincli idilər.
  • - Tyaqo və Mateo digər oyunçular haqda nə düşünürlər?
  • - Onların futbola olan sevgiləri tamam başqadır. Bütün futbolçuları tanıyırlar. Televizordan bir çox komandanın oyunlarını izləyirlər. Futbola aid kartları var və bütün oyunçuları oradan tanıyırlar. Bir az utancaq olsalar da, lakin mövzu futboldursa, buna qarşı ayrı hisslər yaşayırlar.
  • - Övladların haqda nələr söyləyə bilərsiniz?
  • - Mateo tamamilə başqa xüsusiyyətə malikdir. Hər zaman yeni şeylər etməyə çalışır. Hər üçü də mənim üçün xüsusidir. Hər birinin özünəməxsus xasiyyəti var. Əgər Mateo haqqında çox danışsam, digər ikisi mənim üstümə gələr! Tyaqo artıq 7 yaşındadır. Bir çox şeyləri dərk edir. Çiro isə, elə Mateo kimidir, bəlkə də ondan pisdir (gülür). Zamanla görəcəyik.
  • - Boş vaxtlarınızda evdə nə işlə məşğul olursunuz?
  • - 3 övladınız varsa, evdə boş vaxtınızın olması müşkül məsələdir. Evdə hər birimiz hər andan zövq almaq üçün çalışırıq. Övladlarımla birlikdə televizor izləyirəm və video oyunlar oynayıram.
  • - Bu il zədə səbəbilə bir çox oyunlarda iştirak edə bilmədiniz. Bədəniniz sizə daha çox dincəlməli olduğu xəbərdarlığını verir?
  • - Burada əsas olan özünüzü necə hiss etməyinizdir. Əgər özünüzü 25 yaşındakı kimi hiss edirsinizsə, eyni şeyləri etməkdə davam edəcəksiniz. Ancaq diqqətli olmalısınız. Bu şərtdir. Özümü hər zaman eyni səviyyədə saxlamaq üçün həm oyunlar, həmdə məşqlərdə ayrı metodlar üzərində çalışıram.
  • - “Qızıl Buts qazanmağınız adət halına alıb...
  • - Arzum, klub səviyyəsində qazana biləcəyimiz qədər kubok qazanmaqdır. Çempionlar Liqasını yenidən qazanmaq istəyirəm. Onsuz da böyük turnirləri qazanmaq, fərdi mükafatlara da yol açır.
  • - Çox vaxt etdiyiniz vərdişlər nələrdir?
  • - Bir çox vərdişlərim var. Yatmaqdan əvvəl yemək masasını səhəri gün üçün mütləq hazırlamalıyam. Masa ətrafında hər kəsin yeri bəllidir. Hər kəs eyni yerdə oturur. Evə girəndə ilk öncə sağ ayaqqabımı çıxardıram. Başqa bir vərdişim də var. Amma onu demək istəmirəm.
  • - Kriştiano sizə “Barsa”dan başqa bir yerdə də çıxış etməli olduğunuzu demişdi. Onun dediyini edəcəksinizmi?
  • - Hər kəsin hədəfləri və təcrübə yığmaq istəyi olur. Amma mənim heç bir halda dünyanın ən yaxşı klubundan ayrılmaq istəyim olmadı. “Barsa”nı sevirəm.
  • - Yarımmüdafiəçi kimi inkşaf etməyiniz?
  • - Bunu dəqiq bilmirəm. Bu əsasən vəziyyətdən asılı olan bir şeydir. Ümumi götürəndə, topla və yarımmüdafiəçilərlə daha çox təmas yaratmaq üçün arxaya çəkilirəm. Gələcəkdə bilmirəm necə olacaq.
  • - Karyeranızı neçə yaşa qədər davam edəcəksiniz?
  • - Bunu vaxtla biləcəm. Davam edib-etməmıyimlə bağlı ilk olaraq özüm deyəcəm.
  • - İndiki Barsa ilə, Qvardiolanın vaxtındakı Barselona” arasında fərq nədədir?
  • - Qvardiolanın zamanından uzun illər keçib. İndi komandada yeni oyunçular var. Həmin dövrdən isə, yalnız 3-4 oyunçu qalıb.
  • - Hər şeyi qazanmısınız, bircə Puskas mükafatınız çatmır. Bu barədə fikirləriniz?
  • - Hər zaman demişəm. Fərdi mükafatlar hədəfimdə yoxdur. Nə “Qızıl top”, nə “Qızıl Buts”, nə də “Puskas”. “Puskas”ı qazansam yaxşı olar, qazanmasam heç nə olmaz. Mənə fərq etmir.

 

Hazırladı: T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır