Modern.az

Hulusi Akardan şok AÇIQLAMA: “Terrorçular kimyəvi silahdan istifadə edib günahı üzərimizə atmağa çalışır"

Hulusi Akardan şok AÇIQLAMA: “Terrorçular kimyəvi silahdan istifadə edib günahı üzərimizə atmağa çalışır

Dünya

17 Oktyabr 2019, 16:49

"Barış pınarı” hərəkatımız milli, mənəvi və peşə dəyərlərimizə uyğun olaraq davam edir. Hansı dini, etnik mənşədən olursa-olsun, dinc, günahsız adamların və hərəkat bölgəsindəki tarixi, mədəni, dini tikililər, infrastruktur obyektlərinin, regionda yerləşmiş dost, müttəfiq ölkə subyektlərinin və ətraf mühitin zərər görməməsi üçün hər cür diqqət və həssaslıq göstərilir”.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyadakı mövcud vəziyyətlə bağlı danışarkən bildirib.

 

“Yalnız ölkəmizin və millətimizin təhlükəsizliyinə deyil, eyni zamanda, bölgədə yaşayan kürdlər, ərəblər, asurilər, xristianlar, aramilər, yezidilər, keldaniler kimi digər dini və etnik qrupların da təhlükəsizliyinə çox böyük əhəmiyyət veririk”, - deyən nazir Suriyadakı PKK/YPG terror təşkilatının kimyəvi silahdan istifadə edəcəyi barədə kəşfiyyat məlumatına malik olduğunu bildirib:

 

“Bölgədə sürətlə dəyişən və inkişaf edən vəziyyət özü ilə bərabər bir sıra sıxıntıları da gətirir. Terror təşkilatının kimyəvi silah istifadə edib günahı Silahlı Qüvvələrimizə atmağa, bununla bağlı bir görüntü yaratmağa çalışacaqlarına dair məlumatlar gəlir. Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silah olmadığı hər kəs tərəfindən bilinən bir gerçəkdir. Bundan başqa, terror təşkilatının mülki vətəndaşlara qarşı keçirəcəkləri kütləvi hücumlarla da regionda DEAŞ təhdidinin davam etdiyinə qarşı bir görüntü yaratmağa çalışacaqlarına dair məlumatlar da var".

 

Hulusi Akar onu da qeyd edib ki, xarici mətbuatda “Barış pınarı” hərəkatı ilə bağlı yanlış məlumatlar verilir.

"Təyyarə düşməsindən, başqa bir ölkədə təlim partlayışının bölgədə baş verdiyinə qədər bir çox yanlış xəbəri və görüntünü mətbuatda görürük. Bu cür yalan xəbərlərlə Silahlı Qüvvələrimizin sahədə göstərdiyi həssaslıq və uğura kölgə salmağa çalışırlar. Bunların işə yaramadığını bir daha ifadə edirəm", - deyə nazir bildirib.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü