Modern.az

Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu

Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu

17 Oktyabr 2019, 17:10

Serbiya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub.

 

Modern.az xəbər verir ki, Serbiya hökumətinin “Serbiyada Sülh” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Unievrsitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə 2 təqaüd yeri ayrılıb.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları oktyabrın 25-dək tələb olunan bütün sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər