Modern.az

Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ

Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ

Aktual

17 Oktyabr 2019, 17:20

Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən,  Gənclər Fondu 14 iyul – 23 avqust 2019-cu il tarixlərində 13-cü qrant müsabiqəsini keçirib.


Modern.az xəbər verir ki, Fondun Müşahidə Şurasının qərarına əsasən, yerli layihələr üzrə 161 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. 13-cü qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Fondun saytında keçid vasitəsi ilə tanış olmaq mümkündür.

 

Qrantın alınması məqsədilə bu gündən etibarən müsabiqədə qalib olmuş hər bir gənc Fondun rəsmi internet saytına öz kod və şifrəsi vasitəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilər. Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclə Fond arasında qrant müqaviləsinin bağlanması üçün elektron sistemə daxil olaraq Xidmətlər bölməsindən istifadə edərək Müqavilə pəncərəsinə keçid edilməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü