Modern.az

Ağstafada itkin düşən qadın Bakıda tapıldı

Ağstafada itkin düşən qadın Bakıda tapıldı

17 Oktyabr 2019, 20:44
Ağstafa rayonunda itkin düşən qadın Bakıda tapılıb.


Modern.az "Trend"ə istinadən məlumatına görə, hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini, ruhi xəstə Bayramova Qələmkar Məhəmməd qızı bu il sentyabrın 12-də yaşadığı evdən çıxaraq itkin düşüb.

Qadın oktyabrın 14-də Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalından oğlu Bayramov Məhəmməd Yasin oğlu tərəfindən tapılıb.

Qadın hazırda ev şəraitində müalicə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?