Modern.az

ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır - FOTO

ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır - FOTO

17 Oktyabr 2019, 22:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş razılıqla bitib.

 

Modern.az xarici mediaya istinadən məlumatına görə,  ABŞ-ın vitse-prezidenti Mayk Pens görüşdə müzakirə və qəbul edilən qərarları açıqlayıb.

Onun sözlərinə görə, tərəflər YPG qüvvələrinin təhlükəsiz bölgəyə daşınması üçün Türkiyənin hərbi əməliyyatları bir müddət dayandırmasına qərar verib: "Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saatlıq dayandıracaq. YPG 120 saat ərzində ərazidən çəkiləcək".

Maykl Pens bildirib ki, ABŞ Türkiyə ilə bağlı yeni sanksiyalar tətbiq etməyəcək.

Bu arada ABŞ prezidenti də şəxsi "Twitter" hesabında Ərdoğana təşəkkür edib: "Türkiyədən gözəl xəbərlər var, milyonlarla həyat xilas olunacaq".



Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir