Modern.az

Bakıda sərnişin avtobusu qəza törətdi

Bakıda sərnişin avtobusu qəza törətdi

17 Oktyabr 2019, 23:47

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu "20 Yanvar" metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, "90-JM-358" dövlət nişanlı 18 saylı sərnişin avtobusu "90-AN-286" dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.

Sərnişin avtobusunun məxsus olduğu daşıyıcı şirkətdən "Report"a bildirilib ki, minik avtomobili dayanacaqdan çıxan avtobusa dəyib və nəqliyyat vasitələrinə yüngül ziyan vurulub.

Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi