Modern.az

Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR - 5646 hərbçi ölüb

Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR - 5646 hərbçi ölüb

Qarabağ

18 Oktyabr 2019, 08:08

Ermənistan baş naziri Nikol Paşinyan atəşəks dövründə ölən erməni hərbçilərinin dul arvadlarını və analarını qəbul edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1994-cü ilin mayında imzalanmış Bişkek protokolundan keçən 25 ildən artıq müddətdə düşmən ordusu 5646 hərbçisini itirib.

 

Həlak olanların yaxınları son aylarda Yerevanda etiraz aksiyaları keçirərək, yeni qanuna əsasən, ölənlərin ailə üzvlərinə ödənilən 60 min dollar kompensasiyanın onlara da şamil edilməsini tələb ediblər.

“Zinvor” təşkilatının sədri olan Marqariya Xaçatryan dövləti ayrı-seçkilikdə təqsirləndirib və 2008-ci il 1 mart hadisələri zamanı ölən 10 nəfərin ailəsinə daha böyük məbləğdə pul ayrılmasını pisləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır