Modern.az

İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana gəlir

İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana gəlir

Aktual

18 Oktyabr 2019, 08:21

Əsasən fransızdilli kantonlardan ibarət Qərbi İsveçrənin aparıcı şirkətlərinin rəhbərlərindən ibarət geniş tərkibli heyət Azərbaycana səfər edəcək.

Bu barədə Modern.az-a Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib.

Oktyabr ayının 20-dən 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, eləcə də Azərbaycan şirkətlərinin nümayəndələri ilə işgüzar danışıqlar aparacaq.

 

Nümayəndə heyətinin tərkibinə İsveçrənin enerji, infrastruktur , bank və səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri daxildir. Səfər Azərbaycan və Isveçrə sahibkarları arasında yeni ticarət və işgüzar əlaqələrin qurulması məqsədi daşıyır. Səfər çərçivəsində həmçinin ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji və infrastruktur layihələrində İsveçrə şirkətlərinin iştirakının dəstəklənməsi imkanlarının müzakirəsi planlaşdırılır.

 

Məlum olduğu kimi, Cenevrənin də daxil olduğu Qərbi İsveçrə regionu neft başda olmaqla bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir