Modern.az

Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ

Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ

18 Oktyabr 2019, 14:03

ABŞ lideri Donald Tramp Suriyadakı situasiyadan danışarkən, Türkiyə ilə kürdləri 2 dalaşqan uşağa bənzədib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

“Onlara dalaşmağa imkan vermək, sonra isə ayırmaq lazımdır. Onlar bir neçə gün döyüşdülər, kifayət qədər sərt döyüşdülər. Kürdlər bizim dostumuzdu, türklərdə dostumuzdur. Onlar bir biri ilə döyüşdülər və bu xoşagəlməz idi”-deyə Tramp bildirib.

 

O, vitse-prezident Maykl Pensin Ankara səfərini də uğurlu adlandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır