Modern.az

Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib”

Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib”

Mədəni̇yyət

18 Oktyabr 2019, 14:18

Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Azərbaycana müstəqillik, suverenlik gətirən bu gün tarixi bayram sayılır. Lakin, maraqlısı budur ki, bəzən xalqımız bu əlamətdar günün mahiyyətini unudub, edilən təbriklərə sual dolu baxışlarla yanaşırlar.

 

Modern.az-ın əməkdaşı müstəqilliyə səs vermiş şəxslərə bu gün onların təbrik edilib-edilməməsi ilə bağlı sual ünvanlayıb.

 

Milli Məclisin deputatı,  ictimai-siyasi xadim Vahid Əhmədov bildirib ki, bu əlamətdar gün münasibəti ilə onu ilk növbədə ailəsi təbrik edib:

 

“Müstəqillik günü münasibəti ilə məni birinci qızım, oğlum, köməkçim təbrik edib. Gün ərzində jurnalistlərdən də təbrik zəngləri gəlib”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov bildirib ki, dostları, yaxınları onu təbrik edib:

 

“Bu gün münasibəti ilə təbii ki, birinci ailəmlə təbrikləşdim. Daha sonra dostlarım, taışlarımla zəngləşib onları təbrik etdim. Millətini sevənlər bu gözəl gün münasibətilə sevinirlər. Mən də sizi və sizin timsalınızda bütün xalqımızı təbrik edirəm”.

 

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının rəhbəri İsgəndər Həmidov əməkdaşımızın təbrikini təəccüblə qarşılayıb və “məni hansı münasibətlə təbrik edirsiniz”- deyə, cavab verib.

 

Günün xatırlatmasını edən əməkdaşımıza İsgəndər Həmidov kövrək halda cavab verib:

 

“Sizin təbrikinizdən sonra mənim üçün bu gün böyük bayram oldu. Baxmayaraq ki, dövlətimiz bu bayramı qeyd etmir, amma mən hər kəsi təbrik edirəm. Bu əlamətdar günün baş verməsində bəzilərinin haqqı yoxdur deyə bu günü bayram kimi qeyd etmirlər. Mən möhkəm adamam, amma sizin təbrikinizlə çox kövrəldim, məni çox sevindirdiniz”.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq Nəriman Həsənzadə də həmçinin əməkdaşımızın ünvanladığı suala təəccüblə reaksiya verib və bu gün Müstəqillik Günü olduğunu unutduğunu bildirib:

 

“Bu gün bizim üçün çox əhəmiyyətli bayramdır, amma məni heç kəs təbrik etməyib. Sizə çox minnətdaram, təbrikiniz məni çox şad elədi. Sizdən əvvəl hələ heç kim bu gözəl gün münasibətilə məni təbrik etməmişdi”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə əməkdaşımız sualı ünvanlamadan onu təbrik edib və üzürlü səbəbdən danışa bilməyəcini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi