Modern.az

Uşaqlarda piylənmə - Metobolik sindrom

Uşaqlarda piylənmə - Metobolik sindrom

18 Oktyabr 2019, 14:24

Aytən Bağırova,
N. Tusi adına Klinikanın həkim-endokrinoloqu

Piylənmə orqanizmdə artıq yağ toplanmasıdır. Yaşadığımız dövrdə xəstəliklər arasında ikinci yerdə durur. Diqqət çəkən tərəfi də odur ki, bu problem son illərdə uşaq və yeniyetmələr arasında artmışdır. Bunu yaradan səbəblər:

  • Normadan artıq çəki;
  • Az hərəkətli həyat tərzi;
  • Endokrin pozuntular;
  • Genetik konstitusiya.

Normadan artıq çəkisi olan uşaqlarda aşağıdakı problemlər yarana bilər:

* Qız uşaqlarında yetkinliyə erkən girmə;

* Oğlan uşaqlarında ginekomastiya deyilən döş böyüməsi;

* Qarın tipli piylənmə;

* Qanda yağların (lipidlər) artması ilə bağlı erkən yaşda ürək-damar  

    kəskinləşməsi;

* Tənəffüs çətinliyi;

* İmmunitetin zəifləməsi;

* Həyatın erkən dövrlərində ürək, şəkər, təzyiq, xərçəng kimi xəstəliklərə meyillilik.

Piylənmənin profilaktikası uşaq doğulan andan başlayaraq bütün ailə üzvlərini əhatə etməlidir. Bunun üçün uşaqlarda yetərli və balanslaşdırılmış düzgün qida alışqanlığı yaratmaq, fiziki aktivliyi artırmaq, şəkər tərkibli içkilərdən uzaq tutmaq, tövsiyə olunan miqdarda meyvə və tərəvəzli pəhrizə riayət etmək, gündəlik səhər yeməyini qaçırmamaq, evdən kənar, xüsusən “fast food” restoranlarında qidalanmamaq, qida porsiyasını yaşa uyğun ölçülərlə tənzimləmək, azyaşlı uşaqların televiziya izləməsini və kompyuterdən istifadəsini məhdudlaşdırmaq lazımdır. Uşaqların gündə 1 saat fiziki cəhətdən aktiv olmaları təmin edilməlidir.     

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?