Modern.az

YAP və BMU müstəqillik günü ilə bağlı yaradıcılıq sərgisi keçirib

YAP və BMU müstəqillik günü ilə bağlı yaradıcılıq sərgisi keçirib

Aktual

18 Oktyabr 2019, 15:38

Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 18 oktyabr-Dövlət Müstəqillik Gününə həsr olunmuş “Gənc memarların yaradıcılıq sərgisi” keçirilib.

 

Hakim partiyanın mərkəzi qərargahında təşkil olunan sərgidə millət vəkilləri, tanınmış ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək vurğulayıb ki, bu əlamətdar gündə müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqın hörmət və ehtiramının ifadə edilməsi xüsusi məna daşıyır. Ulu Öndərin 1993-cü ilin iyun ayında tarixi qayıdışı olmasaydı, ölkəmiz tamamilə başqa tarix yaşayacaqdı. Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə toxunan S. Novruzov bildirib ki, hazırda Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan daha da inkişaf edir, müasirləşir, dünya ölkələri arasındakı mövqeyi güclənir. Belə əlamətdar gündə gənc memarların sərgisinin təsadüfən təşkil olunmadığını deyən S. Novruzov sərgidə gənclərin yeniləşən Azərbaycanın gələcəyini necə görmələrini əks etdirən işlərin nümayiş edildiyini deyib.

 

BMU-nun rektoru, professor Havar Məmmədov 28 il öncə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni - müstəqil inkişaf dövrünün başlandığını vurğulayıb. Müstəqilliyin ilk illərində yaşanan proseslərə toxunan rektor bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Xalqın tələbi ilə ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra dövlətçiliyimiz xilas oldu. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti və müdrikliyi nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və dönməz xarakter aldı. 2003-cü ilin prezident seçkilərində xalqın etimadını qazanan Prezident İlham Əliyevin davam etdirdiyi siyasət Azərbaycan dövlətinin qüdrətinin daha da artmasına, dövlət müstəqilliyinin əbədilik qazanmasına gətirib çıxardı.

    Daha sonra rektor bu kimi sərgilərin təşkilinin gənclər üçün böyük stimul olduğunu vurğulayaraq qeyd edib ki, bu gün ölkədə savadlı, gənc memarlara ehtiyac var. O, əlavə edib ki, sərgidə müəllimlərin və gənc memarların zəhməti nəticəsində əldə olunmuş nailiyyətlərin bir qismi öz əksini tapıb.

    BMU-nun Memarlıq, şəhərsalma və dizayn ixtisaslarında təhsil alan gənc memarlar-Jalə Səmədova, Əziz Həsənbəyli Dövlət Müstəqilliyi Günü və təşkil olunan sərgi haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

     Memarlıq və İnşaat kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucov tədbir iştirakçılarını sərgi ilə tanış edib. Bildirilib ki, burada BMU tələbələrinin 40-a yaxın əl işi sərgilənir.

    Sonda sərgidə əl işləri nümayiş olunan tələbələrə sertifikatlar təqdim edilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir