Modern.az

Ankara “Barış pınarı”na fasilə verməklə nə qazandı? - Türkiyəli deputatlar Modern.az-a DANIŞDILAR

Ankara “Barış pınarı”na fasilə verməklə nə qazandı? - Türkiyəli deputatlar Modern.az-a DANIŞDILAR

18 Oktyabr 2019, 16:28

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüşdə “Barış pınarı” antiterror əməliyyatı ilə bağlı razılıq əldə olunub. Razılaşmaya görə, Suriyadakı kürd silahlıları - YPG qüvvələrinin təhlükəsiz bölgəyə daşınması üçün Ankara  hərbi əməliyyatı  120 saatlıq dayandıracaq. Həmin müddət ərzində  YPG  ərazidən çıxacaq.

Belədə bu razılaşma Türkiyənin xeyrinə olacaq, zərərinə?

 

Modern.az məsələ ilə bağlı Türkiyə deputatlarının fikrini öyrənməyə çalışıb.

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri,hakim  Ədalət və İnkişaf Partiyasından olan deputat Şamil Ayrım deyib ki, “Barış pınarı” hərəkatının  məqsədləri var:


“Barış pınarı” hərəkatı çərçivəsində Suriyanın şimal-şərqində ki 444 kilometr uzunluqda - 32 kilometr enində olan sərhəd bölgəsində təhlükəsizliyi təmin etmək, yəni oradakı terror qruplarının məhv edilməsi  birinci məqsəd idi.
İkinci məqsədimiz həmin ərazi təmizləndikdən sonra bu bölgəyə Türkiyədə yaşayan suriyalı qaçqınların yerləşdirilməsidir. Ötən axşam  ABŞ-la razılaşmaya görə, “Barış pınarı” hərəkatına  120 saatlıq fasilə verildi. Bu razılaşmaya görə, ABŞ terror təşkilatlarını o bölgənin kənarına çıxarmağa söz verdi. Biz də razılaşdıq.  Türkiyə müharibə istəyən ölkə deyil, amma sərhədlərimizi təhdid edən, günahsız insanları öldürən PKK və YPG kimi terror təşkilatlarına qarşı da mübarizə aparmaq məcburiyyətindədir. 120 saat gözləyəcəyik, həmin müddətdə nə olduğunu görəcəyik. Ümid edirik ki, verilən müddət ərzində terror qrupları oradan çıxacaq və  Türkiyə də rahat şəkildə işlərinə davam edər”.

 

TBMM-nin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatı Atilla Sertel deyib ki, “Barış pınarı” əməliyyatının səkkizinci günündə ABŞ-la masaya oturuldu və bir razılaşma əldə olundu:


“Bu müddətdə şəhidlər verdik. ABŞ Prezidenti Donalt Trampın təhdid ehtiva edən və ölkəmizi sanki ələ salan “Twitter” paylaşımına məruz qaldıq. Çirkin bir tərzdə yazılan, səviyyəsiz məktubun varlığından xəbərdar olduq. Ən sonda da bütün bunları həzm edərək, əsl həmsöhbətimiz Suriya ilə deyil, ABŞ-la müzakirə aparıldı. Biz heç bir ölkə ilə münasibətlərimizin pozulmasını istəmərik. Əksinə, hər ölkə ilə sülh, rahatlıq içində yaşamaq istəyirik. Ancaq xalqımızı alçaldan, aşağı görən təkəbbürlü məktub yazılınca, bunun cavabını verməyinizin vacib olduğunu düşünürəm.

İndi 5 günlük fasilə başladı. ABŞ-la razılaşma nəticəsində başlayan fasiləni izləmək və sonrakı müddəti ayrıca qiymətləndirmək lazımdı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir