Modern.az

Bu şəxs MSK-ya üzv təyin olunacaq - FOTO

Bu şəxs MSK-ya üzv təyin olunacaq - FOTO

18 Oktyabr 2019, 16:35

Milli Məclisin (MM) heç bir partiyanın üzvü olmayan müstəqil deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etmək üçün yeni üzv müəyyənləşəcək.

 

Modern.az xəbər verir ki, MM-in müstəqil deputatlarının yığıncağına sədrlik edən parlament sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Afət oğlu Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.

 

Məsələ parlamentin oktyabrın 22-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


Qeyd edək ki, R.Qasımov MSK Katibliyinin müdiridir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir