Modern.az

Azərbaycan hökuməti səhiyyə xərclərini 326,5 milyon manat artırır

Azərbaycan hökuməti səhiyyə xərclərini 326,5 milyon manat artırır

Aktual

18 Oktyabr 2019, 17:25

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələri təqdim edib.

Maliyyə Nazirliyinin (MN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1369,0 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz çoxdur.

Gələn ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,1 faiz təşkil edəcək ki, bu da cari illə müqayisədə 1, 0 faiz-bənd çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir