Modern.az

Ərdoğan Putinlə görüşünün məqsədini izah elədi

Ərdoğan Putinlə görüşünün məqsədini izah elədi

18 Oktyabr 2019, 17:39

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşməsinin məqsədini izah edib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, oktyabrın 22-də Putinlə Soçi görüşü zamanı kürdlərin YPG qruplaşmasının Mənbic şəhərini tərk etməsini diqqətdə saxlayacaq.

“Bizim şərtimiz hazrda PKK qruplaşmasının Suriya qanadının Əsəd rejiminin nəzarətdə saxladığı ərazilərdən çıxarılmasıdır”.

 

O, Mənbicin Əsəd qüvvələrinin nəzarəti altında qalmasından narahatlıq duymadıqlarını da sözlərinə əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır