Modern.az

Azərbaycan Ordusunda “NATO günləri” başa çatdı

Azərbaycan Ordusunda “NATO günləri” başa çatdı

18 Oktyabr 2019, 20:05

Azərbaycan Ordusunda “NATO günləri” başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbir çərçivəsində NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və “N” nömrəli hərbi hissəni ziyarət edib.

Şəxsi heyət üçün “NATO bu gün və gələcəkdə”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun hərbi məsələləri”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası və Azərbaycan Ordusu” və digər mövzularda mühazirələr dinlənilib və təqdimatlar olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər