Modern.az

“YPG 750 İŞİD-çini həbsdən azad edib” - Ərdoğan

“YPG 750 İŞİD-çini həbsdən azad edib” - Ərdoğan

18 Oktyabr 2019, 20:59

“YPG terror təşkilatı Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib. Həmin 750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub”.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi media nümayəndələri ilə görüşündə deyib.


Tel Abyad və Rasulaynın terrorçulardan təmizləndiyini vurğulayan Ərdoğanın sözlərinə görə, YPG-nin 120 saat ərzində təhlükəsiz bölgədən geri çəkilməsinə ABŞ məsuliyyət daşıyır:

“Həyatımız boyu terror təşkilatları ilə mübarizə aparacaq halımız yoxdur. Suriya rejimi də terror təşkilatları ilə mübarizə aparmalıdır”.


O, Suriyanın şimalında 12 müşahidə məntəqəsinin qurulacağını da açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir