Modern.az

Şahin Mustafayev Çinə bu məqsədlə gedir

Şahin Mustafayev Çinə bu məqsədlə gedir

18 Oktyabr 2019, 21:27

İqtisadiyyat naziri Şahin Mustafayev gələn ay Çinə səfər edəcək.

Modern.az  xəbər verir verir ki, bu barədə jurnalistlərə Çinin Azərbaycandakı səfiri Qo Min məlumat verib.

Səfir gələn ay Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə 100-dən artıq nümayəndənin 2-ci Çin Beynəlxalq İdxal İxrac Sərgisində (China Int'l Import Expo 2019) iştirak etmək üçün Şanqhai şəhərinə gedəcəyini vurğulayıb: "Azərbaycanın şərabları, quru meyvələri, bal, mürəbbə və s. yüksək keyfiyyətli məhsullarının Çin bazarına çıxacağına əminəm. İndiyədək Çin Azərbaycan tərəfinə 22 layihəni həyata keçirmək üçün 500 milyon yuandan artıq təmənnasız yardım göstərib. Bu il avqust ayının sonunda ölkələrimiz arasında ticarət dövriyyəsi 1543 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 104,64 faiz artıq olmaqla rekord göstərici deməkdir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır