Modern.az

Ərdoğan Trampı buna da məcbur etdi

Ərdoğan Trampı buna da məcbur etdi

18 Oktyabr 2019, 21:44

ABŞ prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya problemini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Donald Tramp "Tvitter" hesabında məlumat yayıb.

ABŞ  Prezidenti qeyd edib ki,  Ərdoğanla telefonla Suriyada atəşkəslə bağlı müzakirələr aparıb.

Trampın sözlərinə görə, Ərdoğan qeyd edib ki, Suriyanın şimal-şərqində kiçikölçülü snayper və minaatanlardan atəşlər qısa müddətdə dayandırılıb.


Tramp əlavə edib ki, Ərdoğan atəşi dayandırmaq və fasilə vermək istəyir: "Hər iki tərəfin niyyəti yaxşıdır və bu uğur əldə etmək üçün yaxşı bir fürsətdir”.


Prezident Ərdoğan Trampa deyib ki, bəşəriyyətin düşməni olan terrorizmin öhdəsindən gəlsək, daha çox insanın həyatını xilas edəcəyik: “Əminəm ki, birgə səyimiz bölgədə sülh və sabitlik yaradacaq.”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?