Modern.az

UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq

UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq

Aktual

18 Oktyabr 2019, 22:17

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Fövqəladə Komissiyası, Rusiya və Kosovo komandalarının birliyin himayəsi altında təşkil olunan turnirlərdə eyni qrupa salınmaması barədə qərar verib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Rusiya və Kosovo klubları arasında oyunların keçirilməsi ilə bağlı bütün təhlükəsizlik risklərini nəzərə alaraq komissiya qərara gəlib ki, bu komandalar qeyri-müəyyən vaxta qədər UEFA yarışlarında eyni qrupda olmayacaq.

2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsinin oyunlarında Rusiya və Kosovo milli komandalarının qarşılaşması neytral meydanda baş tutacaq”.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!