Modern.az

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

19 Oktyabr 2019, 10:26

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande oktyabrın 22-də Azərbaycana səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, o, Bakıda keçiriləcək Qoşulmama Hərəkatı təşkilatının dövlət və hökumət başçılarının sammitində iştirak üçün Azərbaycanda gələcək.

T.Məhəmməd-Bande sammit çərçivəsində keçiriləcək birinci gənclər sammitində iştirak edən 40-dan çox ölkənin gəncləri ilə görüşəcək.

 

Bundan başqa, Baş Assambleya prezidenti Azərbaycan hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşəcək, oktyabrın 24-də BMT Günü münasibətilə ADA akademiyasında məruzə ilə çıxış edəcək və BMT layihələrinin reallaşdırılması ilə tanış olacaq.

Səfər oktyabrın 26-da başa çatacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi