Modern.az

Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı

Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı

Aktual

19 Oktyabr 2019, 17:30

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Lion inzibati məhkəməsinin bu ölkənin Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 18 may 2015-ci ildə, Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair bu ilin 17 oktyabr tarixli qərarını alqışlayır.

 

Bu barədə Modern.az-a Azərbaycan XİN-dən məlumat verilib.

 

“Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz “xartiya”nın hamısı ləğv edilib. Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni “sənədlər” də tezliklə Fransa Məhkəmələri tərəfindən ləğv ediləcək. Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbist qrupları başa düşməlidirlər ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır”, - deyə məlumatda qeyd olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!