Modern.az

Braziliya sularına 100 tondan çox neft sızıb

Braziliya sularına 100 tondan çox neft sızıb

19 Oktyabr 2019, 22:54

Sentyabrın əvvəlindən Braziliyanın şimal-şərq sahillərinə 100 tondan çox neft yayılıb.

Bu barədə ölkənin ətraf mühit naziri Rikardo Salles (Ricardo Salles) sosial mediada yazıb. O bildirib ki, Braziliyanın şimal-şərq sahilləri boyunca yayılan 100 tondan çox neft 42 şəhərə təsir edib.

Modern.az yerli mediaya  istinadən xəbər verir  ki, braziliya polisi ən az 7 çanaqlı dəniz tısbağasının ölümünə gətirib çıxaran və üzgüçülərlə balıqçıları çirkli sahədən uzaq durmağa məcbur edən neft sızıntısının qaynağının araşdırıldığını bildirib.

Səlahiyyətlilər ölkənin şimal-şərq sahillərini çirkləndirən, qaynağı hələ müəyyən olmayan neft sızıntısının 105 ayrı yerdə üzə çıxdığını qeyd edib.

Braziliyanın "Petrobras" dövlət neft şirkətinin keçən həftəki məlumatına görə, dənizə sızan neft ölkənin çıxardığı neft növü ilə eyni deyil.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir