Modern.az

Kuba prezidenti Bakıya səfər edir

Kuba prezidenti Bakıya səfər edir

Dünya

19 Oktyabr 2019, 23:32

Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.

Modern.az  xarici  mediaya istinadən xəbər verir ki, prezident  Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək.

Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah - bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.



Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır