Modern.az

Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar

Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar

20 Oktyabr 2019, 11:08

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak ediblər.

 

Modern.az xəbər verir ki, 40 kiloqram çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar. Digər təmsilçilərimiz Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq) gümüş, Nərmin Əmirli (+70 kq) isə bürünc medal qazanıblar.

 

Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər