Modern.az

Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək?

Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək?

20 Oktyabr 2019, 13:35

“Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqdadır. Həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək”.


Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov söyləyib. O qeyd edib ki, müraciətlər daxil olduqca addım atılır:


“Məsələn, bir neçə ay əvvəl müraciət əsasında daha bir küçənin adı dəyişdirildi. Nəsimi rayonunda yerləşən küçələrdən birinə bəstəkar Süleyman Ələsgərovun adı verildi. Belə müraciətlər olur və biz həmin küçələrin adlarının yenilənməsinə çalışırıq”.


Qeyd edək ki, Modern.az bir müddət öncə Bakıda qəribə adları hələ də saxlanan küçələrin siyashısını gündəmə gətirmişdi. Binəqədi rayonunda yerləşən “Keçid məhəllə”, “Vtorçermet - Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci - 15 ci sıra küçələri”, “Vorovski”,  “Xutor”, Yasamal rayonu ərazisindəki  “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” küçələri, “İnşaatçılar” prospekti və s. kimi küçələr həmin siyahıda yer alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər