Modern.az

Kürdəmirdə avtomobil aşıb

Kürdəmirdə avtomobil aşıb

20 Oktyabr 2019, 14:42

Kürdəmirdə avtomobil qəzası baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Ucar sakini, 1992-ci il təvəllüdlü Həsənov Rasim Bəhram oğlu Kürdəmir istiqamətində "Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Fakt araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər