Oğuzda 58 yaşlı kişi meşədə ağac kəsərkən ölüb.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Oğuz rayonun Xal-Xal kəndində qeydə alınıb.
Xal-Xal kəndi ərazisinə meşədə ağac kəsərkən rayon sakini, 1960-cı il təvəllüdlü Nəbiyev Xanlar Ağaşirin oğlunun üzərinə iri budaq düşüb.Nəticədə Xanlar Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.