Modern.az

Bakıda avtobus qəzaları artıb, azalıb? - Rəsmi STATİSTİKA

Bakıda avtobus qəzaları artıb, azalıb? - Rəsmi STATİSTİKA

Hadisə

21 Oktyabr 2019, 10:05

Bakıda avtobusların iştirakı ilə qeydə alınan qəzaların statistikası açıqlanıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən dövrdə nail olunan ən mühüm nəticə avtobusların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayında azalmanın olmasıdır:

“Rəsmi statistikaya əsaslanaraq bildirmək istərdim ki, 2011-2015-ci illərdə avtobusların iştirakı ilə 351 yol nəqliyyat hadisəsi baş veribsə, 2016-2019-cu ilin ötən dövründə bu rəqəm 146 olub. Bu isə avtobusların iştirakı ilə qeydə alınan qəzaların sayında 41% azalma deməkdir”.

M.Ağayev həmçinin bildirib ki, 2011-2015-ci illər ərzində baş verən avtobus qəzalarında 563 nəfər sərnişin xəsarət alıb:

“2016-2019-cu illər ərzində bu rəqəm 139 olub. Avtobus qəzalarında ölən sərnişin sayı 2011-2015-ci illər üzə 193 nəfər 2016-2019-da isə 55 nəfərdir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi