Modern.az

Azərbaycan təhsilinin uğuru – Reytinqdə 83 ölkəni geridə qoyduq

Azərbaycan təhsilinin uğuru – Reytinqdə 83 ölkəni geridə qoyduq

Təhsil

21 Oktyabr 2019, 15:01

Dünya İqtisadi Forumu tərəfindən ötən həftə yayılmış  "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Modern.az xəbər verir ki, bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB ölkələri arasında yüksək nəticələr əldə edib.

 

Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən "Bacarıqlar" (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə, “İnnovasiya bacarığı” (“İnnovation Capability”) üzrə isə bu il 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşıb.

 

Belə ki, "Bacarıqlar" kateqoriyasının tərkib hissəsi olan işçilərin peşəkar inkişafı göstəricisi üzrə Azərbaycan 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyəti göstəricisi üzrə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçiləri tapmaq asanlığı göstəricisi üzrə 2 pillə irəliləyərək 29-cu yerlərdə qərarlaşıb. Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə isə ölkəmiz 7 pillə irəliləyərək 20-ci yerdədir. “İnnovasiya bacarığı” kateqoriyasında Azərbaycan beynəlxalq müştərək ixtiralar üzrə 3 pillə irəliləyərək 96-cı, elmi nəşrlər üzrə 3 pillə irəliləyərək 105-ci, patent ərizələri üzrə 3 pillə irəliləyərək 105-ci, elmi-tədqiqat institutlarının qabaqcıllıq indeksi üzrə 8 pillə irəliləyərək 78-ci yerlərdə qərarlaşıb.

 

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar