Modern.az

Amerika daha bir 11 sentyabr qorxusu yaşadı

Amerika daha bir 11 sentyabr qorxusu yaşadı

26 Dekabr 2009, 12:35

11 sentyabr xofunu unuda bilməyən Amerika daha bir terror aktından xilas oldu. Modern.az-ın məlumatına görə, göyərtəsində 278 sərnişin olan təyyarəni havada ikən  partlatmaq istəyən şəxs  zərərsizləşdirilib. Təyyarədə öz bədənində yerləşdirdiyi bombanı partlatmaq üçün partlayıcı mexanizmi işə sala bilməyən nigeriylaı terrorçü həbs olunub.
İlkin dindirimədə o, təyyarəni partlatmaq barədə əmri “Əl-Kayda” liderindən aldığını deyib.  Təyyarə Nigeriya-Amsterdam-Detroit reysi ilə uçurmuş. Partlayıcı fitili işə salmağa macal tapa bilməyən nigeriyalının bədənində yanıqlar baş verib.O partlayıcı maddəni  Yəməndə aldığını deyib.

 

 

Öz ailəsi ilə Havay  adalarında Milad bayramını keçirən prezident Barak Obama isə ciddi təhlükəsizlik tədbirləri barədə təlimat verib. Ağ ev təyyarədə baş verənləri terror aksiyası kimi qiymətləndirib.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir