Modern.az

Əli Həsənov vəzifədən çıxarıldı - SƏRƏNCAM

Əli Həsənov vəzifədən çıxarıldı - SƏRƏNCAM

Hadisə

21 Oktyabr 2019, 16:33

Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifəsindən azad edib.

Modern.az xəbər verir ki, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.

Sənəddə deyilir:

"Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin". 

Ə.Həsənov 21.04.2018 -ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdi. O, daha əvvəl "Dövlətqaçqınkom"un sədri işləyib.

 
71 yaşlı müavini Əli Həsənov ölkə siyasətində yetərincə müzakirə olunmuş adlardandır. O, 1990-cı ildə keçmiş Ali Sovetin, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

1998-ci ilin noyabr ayında ölkə başçısı Əli Həsənov Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edib.

2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında onu YAP sədrinin müavini seçdilər. O zaman çoxları Əli Həsənova göstərilən bu etimaddan sonra onun az qala baş nazir postuna gətirilə biləcəyini mümkün sayırdı. Əli Həsənovun karyerasına əsas zərbə nəvəsinin məlum qəza hadisəsindən gəldi.

21.04.2018-ci il tarixində Əli Həsənov “Dövlətqaçqınkom”un sədri vəzifəsini itirsə də, ölkə başçısı onu Baş nazirin müavini postunda saxladı. Nəhayət Ə.Həsənov bu postdan da azad edildi...

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir