Modern.az

Taksim meydanında Xocalı mitinqi - YENİLƏNİB - FOTOLAR

Taksim meydanında Xocalı mitinqi - YENİLƏNİB - FOTOLAR

Reportaj

26 Fevral 2012, 15:00

Taksim meydanı Xocalı mitinqinə 1 saat qalmış... Şüarlar səsləndirilir – “Qarabağ bizimdir,  bizim olacaq!”,  “Dişə diş, qana qan!”, “Erməni Qarabağdan rədd ol!”.
Bir azdan böyük yürüş başlayacaq. Coxsaylı universitetlər aksiyaya dəstək verir.

Əməkdaşımız xəbər verir ki, Taksimdə izdiham getdikcə gurlaşır. Aksiya ilə bağlı təhlükəsizlik tədbirləri də görülüb, havadan vertolyotlar, meydanın ətrafında isə polislər ciddi nəzarət həyata keçirirlər.
***

İstanbulun Taksim meydanında Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq başlayıb. Meydan izdihamı tutmur...

***

İlkin məlumatlara görə, Taksimə 100 mindən çox insan toplaşıb...

***

Meydana toplaşan izdiham müğənni Azərininlə birgə Azərbaycanın dövlət himnini, ardınca isə “Çırpınırdın, Qara dəniz” mahnısını oxuyub. Meydanda Türk marşları və "Qarabağ bizimdir, bizim olacaq!" şüarları səsləndirilib.

Türkiyə Böyük Millət Məclisinin üzvləri, siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və qardaş ölkə ictimaiyyətinin qatıldığı aksiyada Azərbaycandan gələn minlərlə vətəndaşlar da iştirak edir.
Türkiyəyə səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin üzvləri, jurnalistlər, diaspor təşkilatları və QHT rəhbərləri daxildir.
Aksiyada Azərbaycan və Türkiyə bayraqları dalğalanır.

***
Mitinqdə Xocalıdan olan 20 yaşlı Zərifə Quliyeva çıxış edib.

***

Mitinqə qatılan Türkiyə Cümhuriyyətinin daxili işlər naziri İdris Naim Şahin bildirib ki, "bu gün bütün Türk milləti Xocalı faciəsini yaşayır... Azərbaycanda axıdılan qan bizim qanımızdır. Türk milləti qaldıqca, bu qanın mücadiləsini sürəcəyik, o qan yerdə qalmayacaq...".

Daxili işlər naziri İdris Naim Şahin bildirib ki, indiyə qədər heç vaxt Taksim meydanı bu qədər adam görməyib... Nazir çıxışında qeyd edib ki, Azərbaycan-Türkiyə bir millət iki dövlətin yer üzündəki ən canlı örnəyidir.

****

Aksiyada sürəkli olaraq Xocalıya ədalət istənilib. Mitinq Komitəsi sonda aksiyaya 300 min nəfərin qatıldığını bəyan edib. Taksimdəki Xocalı mitinqi artıq başa çatıb....











Modern.az    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır