Modern.az

Gənclər Təşkilatları Milli Şurasının qurultayı başlayıb

Gənclər Təşkilatları Milli Şurasının qurultayı başlayıb

26 Dekabr 2009, 12:55

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) bu gün Quba şəhərində özünün növbəti XI Qurultayını keçirir. Modern.az-ın məlumatına görə, hazırda qurultay öz işinə davam edir.
Quba Mədəniyyət Evinin akt zalında keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

 

Tədbir ARGTMŞ – a üzv olan bütün təşkilatların iştirakı ilə keçirilir. Qurultayda Milli Məclisin bir qrup deputatı-Əli Hüseynov, Eyvaz Qurbanov, Rövşən Rzayev, Nizami İsgəndərov, Sabir Hacıyev, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Ağayev də iştirak edir.

 

Sabah başa çatacaq qurultayda şuranın illik fəaliyyəti haqqında geniş hesabat veriləcək, sədr, sədr müavinləri, büro və Nəzarət – Təftiş Komissiyası üzvlyünə seçkilər həyata keçiriləcək. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir