Modern.az

Akif Əlizadənin bu gün istefa verəcəyi TƏSDİQLƏNDİ - Vitse-prezidentdən AÇIQLAMA

Akif Əlizadənin bu gün istefa verəcəyi TƏSDİQLƏNDİ - Vitse-prezidentdən AÇIQLAMA

23 Oktyabr 2019, 09:55

Ölkə başçısı İlham Əliyevin yaşı 70-i ötmüş vəzifə sahiblərinin istefa mədəniyyəti göstərmələri üçün etdiyi çağırışa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə müsbət reaksiya verib.

Belə ki, 85 yaşlı akademik Akif Əlizadə AMEA-nın bu günə çağırılan yığıncağında istefa verdiyini rəsmən elan edəcək.

Modern.az-ın məlumatına görə, bu gün  saat 16:00-da  AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və orada yeni prezident seçiləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının  vitse-prezidenti  İsa Həbibbəyli Modern.az-a açıqlamasında yayılan xəbərləri təsdiqləyərək deyib ki, konkret yeni namizəd barəsində heç bir məlumatı yoxdur:

“Bu gün AMEA-da Rəyasət Heyətinin toplantısı  keçiriləcək. Mən də ora dəvət almışam. Təbii ki, Akif Əlizadə rəsmi qaydada istefa məsələsini elan edəcək. Yeni prezident də seçiləcək. Ancaq yeni prezidentin kimliyi   barədə  məlumatım yoxdur”.

“AMEA-nın prezidenti olmaq istəyərsizmi” sualına İsa Həbibbəyli belə cavab verib:


“Belə sualların verilməsi doğru deyil. Mən ya da başqa birinin kimisə istəməyi ilə bu məsələlər həll olunmur. Tutduğum vəzifə məni tam qane edir. Humanitar  və ictimaiyyət sahəsində fəaliyyət göstərirəm. Bu həm ixtisasıma, həm də təcrübəmə tam uyğundur. Mənim AMEA-nın prezidenti olmaq iddiam yoxdur”.

Akif Əlizadə 1934-cü ildə Bakıda doğulub. Azərbaycan Sənaye İnstitutunu bitirib.
Geologiya ixtisasına yiyələnən A.Əzlizadə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. Əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edən A. Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub.

A.Əlizadə “Şöhrət” və “Şərəf” ordenləri ilə mükafatlandırılıb.
Geologiya-mineralogiya elmləri doktoru, professordur.
2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postunu tutur.

A. Əlizadənin 85 yaşı var. O, 2013-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İdarə Heyətinin üzvü seçilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir