Modern.az

Yeni İqtisadiyyat nazirinin DOSYESİ

Yeni İqtisadiyyat nazirinin DOSYESİ

23 Oktyabr 2019, 15:05

Prezident İlham Əliyev bu gün Mikayıl Cabbarovu Vergilər naziri vəzifəsindən azad edib. Ölkə başçısının digər sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.

Modern.az saytı Mikayıl Cabbarovun tərcümeyi halını təqdim edir.

Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.

1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib.

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.

2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 2004-cü il 20 fevral tarixli sərəncamı ilə İqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib.

Ölkə başçısının 2009-cu il 6 mart tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidentinin 2013-cü il 19 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

Prezidentin 2017-ci il 5 dekabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Vergilər naziri təyin edilib.

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri olan M.Cabbarov bu gün Vergilər naziri vəzifəsindən azad edilib, İqtisadiyyat Nazirliyinə rəhbər aparılıb.

Evlidir, 2 övladı var.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər