Modern.az

Gələn ilin təhsil xərcləri də ARTIRILIR

Gələn ilin təhsil xərcləri də ARTIRILIR

Təhsil

24 Oktyabr 2019, 15:35

Gələn il təhsil sahəsinə ayrılan vəsaitin məbləği müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib.

 

Belə ki, təhsil sahəsinə ümumilikdə 3 milyard 155 milyon 797 min  681 manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu ilə nisbətən 873,6 milyon manat və ya 38,3 faiz çoxdur.

 

Bu məbləğin 323 milyon 108 min 486 manatı məktəbəqədər təhsilə, 1 milyard 705 milyon 352 min 803 manatı ümumi təhsilə, 53 milyon 959 min 508 manatı peşə təhsilinə, 74 milyon 341 min 607 manatı orta ixtisas təhsilinə, 49 milyon 198 min 286 manatı ali təhsilə, 4 milyon 362 min 63 manatı əlavə təhsilə, 4 milyon 922 min 874 manatı isə təhsil sahəsində tətbiqi tədqiqatlara ayrılıb.

 

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?