Modern.az

“Manatın möhkəmlənməsi zərərimizədir” - Elman Rüstəmov

“Manatın möhkəmlənməsi zərərimizədir” - Elman Rüstəmov

25 Oktyabr 2019, 12:10

“Bu gün nə manatın məzənnəsinin möhkəmlənməsi, nə də ucuzlaşması milli iqtisadiyyat üçün yararlı deyil, zərərli ola bilər”.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, manatın möhkəmlənməsi yaranmaqda olan ixrac potensialı və bu istiqamətdə qoyulmuş investisiyalar üçün zərərli ola bilər.

"Manatın ucuzlaşması da mümkün deyil. Çünki bazarda 1 milyard dollar profisit var. Böyük qayğı odur ki, ilin sonuna kimi bu vəsaitləri neçə reallaşdıraq ki, büdcə öz öhdəliklərini yerinə yetirə bilsin".

E.Rüstəmov bildirib ki, cari ildə manatın məzənnəsinə təsir edəcək fundamental amil yoxdur.

"Növbəti ilə aşağı inflyasiya proqnozları onu göstərir ki, növbəti ilə nislibliklə baxırıq. Gələn il də məzənnəni idarə edə biləcəyik".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı