Modern.az

AFFA Azərbaycan milli komandasına “balta çaldı”

AFFA Azərbaycan milli komandasına “balta çaldı”

26 Dekabr 2009, 15:15

Modern.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avropa futbol qurumuna (UEFA) məktub göndərib. Bu məktubla AFFA Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandanı “baltalayıb”. UEFA-ya göndərilən məktubda deyilir:

”Məlum olduğu kimi, AFFA tərəfindən futbolçuların süni yaşazaltmasına («lipalaşdırma») qarşı ciddi mübarizə aparılır və bu kimi hallar baş verdiyi zaman müvafiq qərarlar qəbul olunur, sanksiyalar tətbiq edilir.
AFFA-nın apardığı növbəti araşdırma zamanı müəyyən olunub ki, 19 yaşadək qızlardan ibarət yığma komandanın heyətində doğum tarixi yanlış göstərilən futbolçular çıxış edib. Təəssüf ki, həmin futbolçular yığmamızın heyətində Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarında iştirak ediblər və məlum olduğu kimi, U-19 (qızlar) AÇ-nin elit-raunduna vəsiqə qazanıb. 19 yaşadək qızlardan ibarət yığma komandamızın AÇ-nin elit-raunduna vəsiqə qazanmasına baxmayaraq, AFFA FAIR PLAY (Ədalətli Oyun) qaydalarına və rəqiblərə hörmətlə yanaşaraq, komandanın heyətində yaşı süni olaraq azaldılmış futbolçular çıxış etdiyi üçün U-19-un (qızlar) elit-raundda iştirakdan imtinası ilə bağlı UEFA-ya məktub ünvanlayıb.
Məsələ ilə bağlı AFFA-nın daxili araşdırması davam edir və müvafiq qərar qəbul olunacaq. Futbolçuların adları araşdırma davam etdiyi üçün açıqlanmır”.
AFFA-nın bu anlaşılmaz addımı Azərbaycanın futbol ictimaiyyətinin təəccübünə səbəb olub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?