Modern.az

Hərbi hissədə 8 əsgəri güllələyənin şəxsiyyəti bilindi - FOTO

Hərbi hissədə 8 əsgəri güllələyənin şəxsiyyəti bilindi - FOTO

25 Oktyabr 2019, 19:36

Rusiyanın Zabaykal diyarında hərbi hissədə əsgərləri güllələyən hərbçinin şəxsiyyəti müəyyənləşib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayəti 20 yaşlı əsgər Ramil Şamsutdinov törədib. 8 hərbçini öldürüb, 2-ni yaralayan Ramilin hadisəni şəxsi problemlər fonunda əsəb sisteminin pozulması nəticəsində törətdiyi bildirilmişdi. Digər məlumata görə isə, Şamsutdinov əsgər yoldaşlarını qeyri-qanuni münasibətlər səbəbindən güllələyib.

 

O, polisə ifadəsində əməlindən peşman olmadığını deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər