Modern.az

Siyasi fəal Universitetə bərpa edildi

Siyasi fəal Universitetə bərpa edildi

Təhsil

25 Oktyabr 2019, 22:45

Siyasi fəal İlkin Rüstəmzadə İqtisad Universitetinə bərpa edilib.

Modern.az xəbər verir ki, o, bu barədə özünün "facebook" profilində məlumat verib.

“Dostlar, indicə universitetdən çıxdım. Bir az əvvəl məni zəng edib dəvət etmişdilər. Mənə bildirdilər ki, Təhsil Nazirliyinin məktubu ilə bağlı məsələdə anlaşmazlıq olub. Şəxsiyyət vəsiqəmi alıb yarım saat ərzində bütün texniki prosedurları həll etdilər və universitetə bərpa olunmağımla bağlı əmr imzalandı. Artıq yenidən İqtisad Universitetinin tələbəsiyəm. Düzdür, yenə ödənişli olacaq, amma olsun.

Yazan, paylaşan hər kəsə təşəkkür edirəm, lakin problem məndə bitsə də, Qiyasda və Bayramda qalır. Diqqətimizi onlara yönəldək”,- deyə İ.Rüstəmzadə yazıb.

Qeyd edək ki, İlkin Rüstəmzadə NİDA təşkilatının üzvüdür. O, 2013-cü ildə həbs edilib, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı