Modern.az

Dünya mediası: “Bağdadi öldürüldü” – Tramp da tvit ATDI

Dünya mediası: “Bağdadi öldürüldü” – Tramp da tvit ATDI

27 Oktyabr 2019, 10:39

İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Newsweek” jurnalı ABŞ Quru Qoşunlarındakı mənbəyə istinadən məlumat yayıb.

Pentaqon Ağ Evə keçirilən əməliyyat zamanı böyük əminliklə İŞİD liderinin öldürüldüyü barədə məlumat verib. Jurnal yazıb ki, ABŞ Prezidenti Donald Tramp bir həftə əvvəl əməliyyatın keçirilməsini dəstəkləyib.

D.Tramp artıq “Twitter” sosial şəbəkəsindəki səhifəsində “çox əhəmiyyətli hadisə”nin baş verdiyini yazıb. Ancaq ABŞ Prezidenti hansı hadisənin baş verdiyinə aydınlıq gətirməyib. Sonradan Ağ Evin mətbuat xidməti D. Trampın bu gün yerli vaxtla saat 09.00-da vacib bəyanat verəcəyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər