Modern.az

Helikopter qəzasında 6 nəfər öldü

Helikopter qəzasında 6 nəfər öldü

27 Oktyabr 2019, 23:47

Helikopter qəzası 6 nəfərin həyatına son qoyub. 

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, Kolumbiyanın Alban bələdiyyəsində Hərbi Hava Qüvvələrinə məxsushelikopter qəzaya uğrayıb.

Hərbçilərin bildirdiyinə görə, helikopter optimal vəziyyətdə olub və prezidentin daşınması üçün bir neçə dəfə istifadə edilib. 2017-ci ildə isə Roma Papası Fransisk də öz səfəri zamanı bu helikopterdən istifadə edib.

“Kolumbiya Hərbi Hava Qüvvələri 6 helikopter ekipaj üzvünün həlak olmasından dərin təəssüf hissi keçirir”, - Hərbi Hava Qüvvələrinin açıqlamasında belə deyilir.

“RCN” radiostansiyasının məlumatına görə, “Bell 412” helikopteri cümə axşamı Kundinamarka bölgəsindəki Palankero aviabazasından uçduqdan sonra radarlardan itib. Bildirilir ki, ölənlər arasında iki zabit və unter-zabit olub.

Qəzanın səbəbləri hələ bilinmir, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?