Modern.az

Makri məğlubiyyətini qəbul etdi - Argentina yeni prezidentini seçdi

Makri məğlubiyyətini qəbul etdi - Argentina yeni prezidentini seçdi

28 Oktyabr 2019, 09:28

Argentinada bazar günü keçirilən prezident seçkilərində müxalifətin namizədi qalib gəlib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin hazırkı prezidenti Maurisio Makri müxalifət namizədi Alberto Fernandezi prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

 

"Yeni seçilmiş prezident Alberto Fernandezi təbrik etmək istəyirəm. Ona indicə zəng eləmişdim" - deyə Makri bildirib.

 

Qeyd edək ki, Argentinada prezident seçkilərində 6 namizəd mübarizə aparıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir