Modern.az

Tramp İŞİD liderinin ölüm anını Ağ Evdən canlı İZLƏYİB: “Bağdadi it kimi öldü”

Tramp İŞİD liderinin ölüm anını Ağ Evdən canlı İZLƏYİB: “Bağdadi it kimi öldü”

Dünya

28 Oktyabr 2019, 11:01

Amerika Prezidenti Donald Tramp bazar günü keçirdiyi mətbuat konfransında özünü “İslam Dövləti” (İŞİD) adlandıran terror qruplaşmaslnın lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ xüsusi qüvvələrinin Suriyada keçirdiyi əməliyyatda özünü öldürdüyünü bütün dünyaya açıqlayıb.

Əməliyyat harada və nə vaxt təşkil olunub?

Modern.az saytı BBC-nin Azərbaycan xidmətinə istinadən xəbər verir ki, Donald Tramp televiziya kanallarında canlı yayımlanan açıqlamasında "dünyanın bir nömrəli terrorçu lideri öldü" deyib.

Tramp əməliyyatı "Suriyanın şimal-qərbində gecə saatlarında təşkiil edilmiş təhlükəli və çətin tapşırıq" olaraq səciyyələndirib.

Prezident Tramp ABŞ xüsusi qüvvələrinə aid qrupları daşıyan vertolyotların şənbə günü gecə saat 23:00-da gizli nöqtədən havaya qalxdığını söyləyib.

O, əməliyyatın başladıqdan sonra özü ilə birlikdə ABŞ hakimiyyətinin kəşfiyyat və beynəlxalq təhlükəsizlik orqanlarının başındakı adamların Ağ Evdə yenilikləri canlı olaraq izlədiyini bildirib.

Trampın dediyinə görə, əməliyyat təxminən iki saat davam edib, ABŞ əsgərlərini daşıyan vertolyotların müxtəlifyönlü uçuşu 1 saat 10 dəqiqə çəkib.

ABŞ mətbuatına məlumat verən məmurlar bazar günü səhər saatlarında ABŞ xüsusi qüvvələrinin İdlib vilayətinə aid Barişa kəndindəki bir binada əməliyyata başladığını söyləyiblər.

Sözügedən kənd Türkiyə sərhədlərindən təxminən 5 kilometr uzaqlıqdadır.

“Bağdadi əməliyyatı” necə təşkil edildi?


Tramp ABŞ-ın kəşfiyyat orqanlarnın Bağdadini son bir neçə həftədir izlədiyini deyib və əməliyyatın təşkil edildiyi binanın altında çox sayda tunel olduğu haqda kəşfiyyat orqanlarında məlumat olduğunu bildirib.

Əməliyyata ABŞ-ın regiondakı gəmiləri ilə bərabər, hərbi təyyarələrinin də qatıldığı açıqlanıb.

Açıqlamalardan ABŞ hərbçilərini daşıyan vertolyotların Türkiyənin hava məkanından keçərək əməliyyat ərazisinə çatdığı bəlli olur.

Barişa kəndinin yerli sakinlərindən biri BBC-nin suallarına cavab verərkən əvvəlcə vertolyotlardan atəş açıldığını, bu atəşin təxminən 30 dəqiqə davam etdiyini, daha sonra isə quru qüvvələrinin irəlilədiyini deyib.

Tramp tələ ola biləcəyi ehtimalı ilə əsgərlərin hədəf binaya əsas qapıdan girmədiyini deyib.

O, Bağdadinin sonu bağlı olan tunelə girdiyini və burada "ağlayaraq, fəryad edərək it kimi öldü" deyib:

"Bina və ətrafı tam təmizlənmişdi. Ərazidəkilər ya təslim olmuş, ya da öldürülmüşdülər. 11 uşaq evdən xəsarət almadan çıxarılıb. İçəridə qalanlar Bağdadi və Bağdadi tərəfindən ölümə sürülən üç uşaq idi".


Tramp Bağdadinin son dəqiqələri haqda danışıb:

"İtlərimiz onun izində idi. Tunelin sonuna çatdı. Geyindiyi jileti yandırdı, özünü və yanındakı üç uşağı öldürdü. Partlayışın təsiri ilə bədəni parça-parça oldu. Tunel də üzərlərinə çökdü".


ABŞ Bağdadinin öldüyünə necə əmin ola bilir?

Donald Tramp tuneldə özünü partladan adamın üzərində aparılan testlərin o şəxsin Bağdadi olduğuna dair dəqiq, vaxtında və tam müəyyənləşdirmə verdiyini deyib.

ABŞ Prezidenti test nəticələrinin Bağdadi öldürüldükdən 15 dəqiqə sonra əldə edildiyini vurğulayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!