Modern.az

Nazarbayev 10 jurnalistə mənzil bağışladı

Nazarbayev 10 jurnalistə mənzil bağışladı

26 Dekabr 2009, 15:40

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2 qəzetin əməkdaşlarına - "Qazaxıstan həqiqəti" (rus dilində) və "Eqemen Qazaxıstan" (qazax dilində) onların yubileyi ilə əlaqədar olaraq 10 mənzil verilməsi barədə göstəriş verib. Modern.az bu barədə qazax mətbuatına istinadən xəbər verir.
Mənzillərin verilməsi haqda xoş xəbəri Nazarbayev "Eqemen Qazaxıstan respulika qəzeti" SC-nin yeni binasının təntənəli açılış mərasimi zamanı deyib. Tədbir qəzetin ilk nömərisinin çıxdığı günün 90 illiyinə təsadüf edib.
Redaksiyanın yeni kompleksinə daxil olan iki binanın ümumi sahəsi 4 min kvadrat metr təşkil edir. İlk öncə qazax dilində olan qəzet Orenburqda, sonra Qızılordda, Almatıda, son 10 ildə isə Astanada çıxıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?